DÇ-2026 öncəsi mühüm görüş: Portuqaliya Prezidenti Ronaldo ilə bir araya gəldi

Hazırda oxunan: DÇ-2026 öncəsi mühüm görüş: Portuqaliya Prezidenti Ronaldo ilə bir araya gəldi

618245

Portuqaliya Prezidenti Antoniu Joze Sequru 11 iyun - 19 iyul tarixlərində ABŞ-da keçiriləcək dünya çempionatı (DÇ-2026) ərəfəsində milli komandanın futbolçuları və məşqçilər heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüş zamanı Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo prezident Sequruya üzərində onun soyadı yazılmış milli komandanın formasını hədiyyə edib.

Qeyd edək ki, Portuqaliya millisi dünya çempionatının qrup mərhələsində Kolumbiya, Özbəkistan və Demokratik Konqo Respublikasının yığma komandaları ilə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin