Joze Mourinyo sabah rəsmən "Real"ın baş məşqçisi olacaq

Hazırda oxunan: Joze Mourinyo sabah rəsmən "Real"ın baş məşqçisi olacaq

618236

Təcrübəli mütəxəssis Joze Mourinyo bu gün, iyunun 9-da Madridə gələcək. Portuqaliyalı məşqçinin "Real Madrid"in baş məşqçisi kimi rəsmi təqdimat mərasiminin isə sabah, iyunun 10-da keçiriləcəyi gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış jurnalist Ramon Alvares de Mon öz sosial şəbəkə hesabında məlumat yayıb.

Xatırladaq ki, Flourentino Peres klubdakı prezident seçkilərində qalib gəldikdən sonra portuqaliyalı mütəxəssisin "Kral Klubu"nun baş məşqçisi postuna təyin olunacağını rəsmən bəyan etmişdi.
 

Joze Mourinyo daha əvvəl, 2010-2013-cü illərdə də "Real"da çalışıb. Onun rəhbərliyi altında komanda İspaniya çempionluğu, ölkə kuboku və superkubokunu qazanıb. Qeyd edək ki, "qaymaqlılar" ötən mövsümü heç bir titul qazanmadan başa vurublar.


Ötən mövsümün ilk yarısında Madrid klubunu Xabi Alonso çalışdırsa da, onun yanvar ayında istefaya göndərilməsindən sonra sükan arxasına Alvaro Arbeloa keçmişdi. Arbeloa mövsüm bitdikdən sonra postunu tərk edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin