“İmişli”nin qapıçısı komandadan ayrıldı

Hazırda oxunan: “İmişli”nin qapıçısı komandadan ayrıldı

618061

Belaruslu qapıçı Andrey Sinenka “İmişli”dən ayrılıb.

Bizim.Media xəbər verir ki, qolkiper klubla müddəti başa çatan müqaviləsini uzatmayıb.
 

Sinenkaya Azərbaycandan və ölkəsindən maraq var, lakin hələ rəsmi təklif yoxdur. “İmişli” qolkiperin yerinə yenidən əcnəbi qapıçı transfer etmək istəyir.


Sinenka 2024-cü ilin avqustundan bölgə klubunun formasını geyinirdi. O, başa çatan mövsümdə Misli Premyer Liqasında 26 oyunda 33 qol buraxıb. Qapıçı 9 matçda “çərçivə”ni toxunulmaz saxlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin