Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan milli komandasının üzvləri Bakıda azarkeşlərlə görüş keçirib.
Bizim.Media “report.az”a istinadla xəbər verir ki, futbolçular Qənimətlər Parkının qarşısında azarkeşlərlə bir araya gəlib.
Tədbirdə xeyli azarkeş iştirak edib, Avropa çempionları böyük coşqu və alqışlarla qarşılanıb.
Milli komandanın üzvləri azarkeşlərlə ünsiyyət qurub, onlara göstərilən dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.
Görüşdən sonra komanda üçün ayrılmış xüsusi avtobusla şəhər turu təşkil olunub. Marşrut boyunca paytaxt sakinləri və şəhərin qonaqları milli komandanı salamlayaraq çempionluq münasibətilə təbriklərini çatdırıblar.
Xatırladaq ki, Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.









Bizim.Media


































































































