"Mercedes"in pilotu Kimi Antonelli Formula 1 dünya çempionatının səkkizinci mərhələsi olan Monako Qran-prisinin kvalifikasiya mərhələsinin qalibi olub. 19 yaşlı italyan sürücü 1:12.051 saniyəlik nəticə ilə ən yaxşı dövrə vaxtını göstərib.
Bizim.Media xəbər verir ki, Antonelli "Red Bull"un hazırkı dünya çempionu Maks Ferstappeni cəmi 0,043 saniyə qabaqlayaraq ön sırada yer alıb.
Üçüncü yeri "Ferrari"nin pilotu Luis Hemilton tutub. Monakolu Şarl Lekler isə son cəhdində bolidi maneəyə çırparaq kvalifikasiyanı dördüncü sırada tamamlayıb.
Bu uğur Antonelli üçün cari mövsümdə dördüncü poul mövqeyi olub. Çempionatın lideri və son dörd Qran-prinin qalibi statusunda olan italyan pilot, Monako yarışından əvvəl ən yaxın izləyicisi və komanda yoldaşı Corc Rasseli 43 xal qabaqlayır.
Dar küçə treki səbəbindən ötmə əməliyyatlarının olduqca çətinləşdiyi Monakoda kvalifikasiya qalibiyyəti xüsusi əhəmiyyət kəsb edir və poul sahibini əsas yarışın baş favoritinə çevirir.
Bundan əlavə, Antonelli 2004-cü ildə Yarno Trullinin uğrundan sonra Monakoda poul qazanan ilk italyan pilot olub. Cəmi bir il əvvəl bu knyazlıqdakı mərhələni sonuncu sırada bitirən gənc sürücü, indi dünya avtoidmanının ən nüfuzlu yarışlarından birini qazanmaq şansı əldə edib.
Monako Qran-prisinin əsas yarışı bazar günü keçiriləcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
01:43 / 07.06.2026
Kimi Antonelli Monako Qran-prisində kvalifikasiya mərhələsinin qalibi oldu
Hazırda oxunan: Kimi Antonelli Monako Qran-prisində kvalifikasiya mərhələsinin qalibi oldu
Hazırda oxunan: Kimi Antonelli Monako Qran-prisində kvalifikasiya mərhələsinin qalibi oldu
617621
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































