Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Şimali İrlandiya ilə oyundan (2:0 ) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"Şadam ki, qələbə qazandıq. Çətin oyunda oldu. Baş məşqçi kimi birinci hissədən razı qalmadım.Bəxtimiz gətirdi ki, qol buraxmadıq. İkinci hissədə isə taktiki dəyişiklik etdik və komandam necə gözəl oyun oynadığını göstərdi. Bu altı ildə məni ilk dəfə alqışladınız buna görə çox şadam. Fürsətdən istifadə edib qələbəni seçkilərdə qalib gəlmiş ölkə prezidenti İlham Əliyevə həsr edirik"






































































































