Avtomobili avtobusa çırpan sürücü jurnalistə hücum çəkdi

Hazırda oxunan: Avtomobili avtobusa çırpan sürücü jurnalistə hücum çəkdi

47935
Bu gün səhər saat 9 radələrində Bakıda yol qəzası baş verib. ANS PRESS-in məlumatına görə, hadisə Azadlıq 189 ünvanında qeydə alınıb.

Belə ki, “Daewoo” marklı, 10 TF 909 dövlət nömrə nişanlı, 165 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu dayanacaqdan hərəkətə başlarkən, “Volkswagen” markalı avtomobil sürətlə əks yola keçərək, avtobusun qarşısında dayanan “Hyundai” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən “Hyundai” yol kənarındakı kolluğa girib.

“Volkswagen” markalı avtomobil daha sonra qarşısındakı sərnişin avtobusuna çırpılıb. Avtobusun sürücü İbrahim Asimanov ANS PRESS-ə açıqlamasında bildirib ki, hadisə qəfil baş verib.

“Nə qədər çalışsam da, avtobusu qəzadan xilas edə bilmədim”, - deyə İbrahim Asimanov bildirib.

Qeyd edək ki, qəzada 3 nəfər yüngülcə xəsarət alıb.

Qəzanın səbəbkarı olan “Volkswagen” markalı avtomobilin sürücüsü qəzanı çəkən jurnalistə hücum edib. Qəzaya səbəb olan “Volkswagen” markalı avtomobilin sürücüsünün hücumu barədə Radio Antenn 101 FM-in aparıcısı Əzizə İsmayılova özünün Facebook səhifəsində yazıb:

“Qəza törədən sürücü başından yüngül xəsarət almışdı və hətta mənim üzərimə şəkil çəkməyim deyə hücum belə etdi... Əlimdəki kameranı almağa çalışdı”, - deyə Əzizə İsmayılova qeyd edib.

Foto: Əzizə İsmayılova 













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin