Nazirliyin sabiq rəisinin həbsi ilə bağlı - Rəsmi açıqlama

Hazırda oxunan: Nazirliyin sabiq rəisinin həbsi ilə bağlı - Rəsmi açıqlama

45114
Bu gün Müdafiə Nazirliyinin daha bir qurumunun sabiq rəhbəri həbs edilib. 


Ölkədə zəlzələşünas kimi tanınan, Müdafiə nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.   

Moderator.az-ın məlumatına görə, Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, Respublika Hərbi Prokurorluğu tərəfindən aparılan yoxlama nəticəsində Elçin Xəlilovun işlədiyi müddətdə ciddi qanun pozuntularına yol verməsi aşkar edilib.   

Bununla bağlı cinayət işi başlanıb. Aparılmış istintaqla müəyyən edilib ki, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddət ərzində vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb.   

Xatırladaq ki, Elçin Xəlilov Səfər Əbiyevin komandasından həbs edilən ilk şəxs deyil. Bundan əvvəl HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanovla bərabər daha bir neçə nəfər, qərargah rəisi Yunis Məmmədov, ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev, birinci dərəcəli kapitan Qasım Quliyev, mülki şəxs Elxan Hacıyev və digərləri də həbs edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin