Çernobıl qəzasından 28 il ötür - VİDEO

Hazırda oxunan: Çernobıl qəzasından 28 il ötür - VİDEO

45113
1986-cı il aprelin 26-da Ukraynada yerləşən Çernobıl Atom Elektrik Stansiyasında nüvə partlayışı baş verib. 7 minə yaxın adam ölüb, 25 mindən çox adam isə ömürlük şikəst olub.
 
Qəzanın aradan qaldırılmasında 7 min nəfərdən çox azərbaycanlı iştirak edib. 
 
Azərbaycan Çernobıl Cəmiyyətinin sədri Mirhəsən Həsənovun AzadlıqRadiosuna verdiyi məlumata görə, indiyədək onlardan 2 min nəfərə qədəri vəfat edib:
«Qalanları isə 1-ci və 2-ci qrup əlillərdir. Bundan başqa, Çernobıl hadisələrində iştirak edənlərin çoxunun uşaqları əlil doğulub. Azərbaycanda bu uşaqların sayı 2 mindən çoxdur».
 
Cəmiyyət sədrinin dediyinə görə, hər il onlarla Çernobıl əlili müalicə üçün dövlət hesabına sanatoriyalara göndərilir:

«Bundan başqa, indiyə qədər 400-dən çox Çernobıl əlili mənzillə təmin olunub».
 
Qəzadan sonrakı ilk iki il ərzində SSRİ-dən 650 minə yaxın insanın xilasetmə işlərinə cəlb edildiyi bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin