Toydan qayıdan avtomobil yük maşını ilə toqquşdu: 2 ölü, 3 yaralı

Hazırda oxunan: Toydan qayıdan avtomobil yük maşını ilə toqquşdu: 2 ölü, 3 yaralı

34920

Ötən gecə Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində dəhşətli yol qəzası baş verib. APA-nın məlumatına görə, toy şənliyindən geri qayıdan Çöhranlı kənd sakini, 1978-ci il təvəllüdlü Umudov Elşad Müslüm oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil Gulağa Fərzəliyevin idarə etdiyi “KamAZ” markalı yük maşını toqquşub.

Nəticədə  “VAZ-2106”-da olan sərnişinlər Zülfüqar Zeynalov və Zeyvə Umudova  dünyasını dəyişib. Sürücü  E. Umudov və onun azyaşlı övladları - 2008-ci il təvəllüdlü Şükür, 2009-cu il təvəllüdlü Müslüm, 2011-ci il təvəllüdlü Sahil və 1971-ci il təvəllüdlü Hüseynov Səyyad müxtəlif  dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir Mərkəzi rayon Xəstəxanasına  yerləşdirilib.S.Hüseynov və azyaşlı Sahil Bakıdakı xəstəxanalardan birinə göndərilib.

 Faktla bağlı araşdırma aparılır.

 Moderator.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin