Ölkəmiz texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciətində bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanda innovativ texnologiyaların və süni intellektin məsuliyyətli və balanslaşdırılmış tətbiqi istiqamətində mühüm addımlar atılır.
“Qeyd olunan sahədə qəbul etdiyimiz hüquqi aktlar, konsepsiya və fəaliyyət planları bu texnologiyaların təhlükəsiz, şəffaf və insan hüquqlarına əsaslanan prinsiplər çərçivəsində tətbiqini təşviq edir, inklüziv inkişafın dəstəklənməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
11:09 / 18.06.2026
Prezidentdən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına MÜRACİƏT
Hazırda oxunan: Prezidentdən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına MÜRACİƏT
Hazırda oxunan: Prezidentdən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına MÜRACİƏT
619990
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































