ABŞ və İran arasında Anlaşma Memorandumu imzalandı – VİDEO

Hazırda oxunan: ABŞ və İran arasında Anlaşma Memorandumu imzalandı – VİDEO

619942

“ABŞ Prezidenti Donald Tramp bu axşam Versal Sarayında ABŞ və İran arasında əldə olunan sazişi imzalayıb”.

Bizim.Media xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “X” hesabında yazıb.

İmzalanma mərasiminin görüntülərini paylaşan Makron bildirib ki, bu saziş regionda davamlı sülhün bərqərar olması üçün mühüm addımdır və Hörmüz boğazının yenidən açılmasına imkan yaradacaq.

“Razılaşma doğru istiqamətdə atılmış vacib addımdır və yaxın vaxtlarda enerji qiymətlərinin də aşağı düşməsinə müsbət təsir göstərəcək”, - o qeyd edib.

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai ABŞ ilə anlaşma memorandumunun hər iki ölkənin lideri - Məsud Pezeşkian və Donald Tramp tərəfindən imzalandığını təsdiqləyib.

"Anlaşma memorandumu hər iki ölkənin prezidentləri tərəfindən imzalandıqdan sonra onun pozulması daha baha başa gələcək", - sözçü qeyd edib.

"Bu ana qədər danışıqlar qruplarının Cenevrədə iştirak proqramı qüvvədə qalır, lakin memorandum rəqəmsal qaydada imzalanıb və İsveçrədə hər hansı imzalama mərasimi keçirilməyəcək", - Bəqai bildirib.

Onun sözlərinə görə, memorandumun mətnində danışıqların yalnız nüvə məsələsi və sanksiyaların ləğvi istiqamətində aparılacağı vurğulanıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin