Şamaxıda həyat yoldaşına yüngül xəsarət yetirən şəxs cəzalandırılıb.
Bizim.Media xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə iş açılan rayonun Hacıqədirli kənd sakini 27 yaşlı M.Məlikova (şərti) hökm oxunub.
Şamaxı Rayon Məhkəməsinin hökmü ilə o, 1500 manat cərimə edilib.
Qeyd edək ki, hadisə bir neçə ay əvvəl M.Məlikov və həyat yoldaşı Mələkin (şərti) yaşadığı evdə baş verib. Mübahisə zəminində M.Məlikov arvadının başına meyvəqabı ilə zərbə endirib.
Polisə müraciət edən qadının alın nahiyəsində yüngül xəsarət müəyyən edilib. (Qafqazinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:27 / 18.06.2026
Arvadının başına meyvəqabını vurdu - Cərimələndi
Hazırda oxunan: Arvadının başına meyvəqabını vurdu - Cərimələndi
Hazırda oxunan: Arvadının başına meyvəqabını vurdu - Cərimələndi
620014
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































