Keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Leonid Brejnevin nəticəsi Anton Milayev Ukrayna ordusu tərəfindən əsir götürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
Anton Milayev Leonid Brejnevin qızı Qalina Brejnevanın ögey nəvəsidir, onu öz oğlu kimi böyüdüb.
Məlumata görə, 45 yaşlı Anton Milayev ötən payızda istehkamçı kimi müharibəyə gedib və noyabra kimi ailəsi ilə əlaqəni kəsib. Onun anası İrina Kuznetsovanın verdiyi məlumata görə, bir neçə ay sonra oğlunun Xerson vilayətində Ukraynanın nəzarətində olan ərazidə əsirlikdə olması xəbəri gəlib.
Qeyd edək ki, Leonid Brejnev Ukraynada anadan olub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:00 / 18.06.2026
Leonid Brejnevin nəticəsi Ukraynada əsir DÜŞDÜ
Hazırda oxunan: Leonid Brejnevin nəticəsi Ukraynada əsir DÜŞDÜ
Hazırda oxunan: Leonid Brejnevin nəticəsi Ukraynada əsir DÜŞDÜ
620006
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































