Moskvaya edilən rekord sayda PUA hücumları və paytaxtın neft emalı zavodunda baş verən yanğınlar Rusiya teleməkanında və Kremlin əsas təbliğatçıları arasında böyük şok yaradıb.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə və mediada yayılan məlumatlara görə, paytaxtın vurulması və strateji obyektlərin alovlanması fonunda Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyov canlı efirdə çətin anlar yaşayıb.
Hadisələrin miqyasından sarsılan təbliğatçının efir zamanı sanki nitqi quruyub və o, baş verən xaos qarşısında tamamilə aciz qalıb.
İzləyicilər Solovyovun bu vəziyyətini Moskvada yaranan real qorxunun Kremlin təbliğat maşınına vurduğu ağır psixoloji zərbə kimi qiymətləndiriblər. Rusiya paytaxtının alovlara təslim olduğu bir vaxtda, efirlərdən hər zaman hədə-qorxu gələn aparıcının səssizliyə qərq olması diqqətdən qaçmayıb.
Bizim.Media

- A-
- A
- A+
Region
12:34 / 18.06.2026
Moskva alovlar içində: Solovyovun nitqi qurudu – VİDEO
Hazırda oxunan: Moskva alovlar içində: Solovyovun nitqi qurudu – VİDEO
Hazırda oxunan: Moskva alovlar içində: Solovyovun nitqi qurudu – VİDEO
620018
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































