Astarada 15 yaşlı qız özünü güllələyib - İstədiyi oğlana...

Hazırda oxunan: Astarada 15 yaşlı qız özünü güllələyib - İstədiyi oğlana...

160470
Astara rayonunda 15 yaşlı qız özünü güllələyib.

Hadisə rayonunun Şümrüd kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 2001-ci il təvəllüdlü Qızılgül Polad qızı Əliyeva özünə ov tüfəngi ilə atəş açıb.

Qarın nahiyəsindən güllə yarası alan Q.Əliyeva Astara Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Güclü qanaxma ilə ağır vəziyyətdə cərrahiyyə şöbəsinə yerləşdirilən yeniyetməni bir neçə saatlıq cərrahi əməliyyatdan sonra həyata qaytarmaq mümkün olub.

Həkimlər yaralının vəziyyətini hazırda keçirdiyi əməliyyata uyğun olaraq ağır stabil qiymətləndirirlər. Onun həyatı üçün hər an təhlükə yarana bilər.

İntiharın səbəblərinə gəlincə isə, kənd sakinlərinin dediyinə görə Qızılgül Əliyeva valideynləri onu istədiyi oğlana verməməsi səbəbindən intihara cəhd edib.(Report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin