Suriyada mücahidlər “SOCAR”ın avtomobilini ələ keçirdikləri barədə məlumat yayıblar

Hazırda oxunan: Suriyada mücahidlər “SOCAR”ın avtomobilini ələ keçirdikləri barədə məlumat yayıblar

39423
Suriyada mücahidlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) - “SOCAR”ın avtomobilini ələ keçirdikləri barədə məlumat yayıblar. Moderator.az-ın  APA-ya istinadən verdiyi məlumata görə, Bəşər Əsəd qüvvələrinə qarşı Azad Suriya Ordusunun tərkibində vuruşan mücahidlər fotosunu da yaydıqları, üzərində “SOCAR”ın loqotipi əks olunan yanacaqdaşıyan avtomobilin ARDNŞ-ə məxsus olduğunu iddia edirlər. 

ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə məsələ ilə bağlı açıqlamasında həmin avtomobilin üzərindəki “SOCAR” loqotipinin saxta olduğunu bildirib: “Bizim Suriyada heç bir biznesimiz yoxdur və təbii ki, bu maşın da bizə aid ola bilməz. Digər tərəfdən fotonu böyüdüb, “O” hərfinə diqqət yetirdikdə, bu loqotipin saxta olduğu aşkar görünür. Başqa ölkələrdə də “SOCAR”ın loqotipinin saxtalaşdırılması hallarına rast gəlinib və bunun qarşısı alınıb. Belə hallar bir daha onu göstərir ki, “SOCAR”-ın işgüzar imici yüksəkdir, onun loqotipindən saxtalaşdırıb istifadə edirlər”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin