Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin nəticələrinə görə, Azərbaycanın hazırkı Prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev indiyədək hesablanmış bülletenlərə əsasən 84,94 faiz (556 826) səs toplayıb. Trend-in məlumatına görə, bu barədə Komissiyanın saytında qeyd olunur.
MSK-nın ilkin nəticələrinə əsasən, digər prezidentliyə namizədlərin topladığı səslər:
Cəmil Həsənli - 4,10% (26 875 səs)
İqbal Ağazadə 2,29% (15 025 səs)
Qüdrət Həsənquliyev - 2,26% (14 807 səs)
Zahid Oruc - 1,76% (11 527 səs)
İlyas İsmayılov - 1,38% (9 041 səs)
Fərəc Quliyev - 1,01% (6 594 səs)
Araz Əlizadə - 0,94% (6 173 səs)
Hafiz Hacıyev - 0,66% (4 358 səs)
Sərdar Məmmədov - 0,66% (4 294 səs)
23:26
Musavat.com-un MSK-nın İnformasiya Mərkəzinə istinadən verdiyi son məlumata görə, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev indiyədək hesablanmış bülletenlərə əsasən 84,75% (1462251) səs toplayıb.
MSK-nın ilkin nəticələrinə əsasən digər prezidentliyə namizədlərin topladığı səslər aşağıdakı kimidir:
Cəmil Həsənli - 4,95% (85389səs)
İqbal Ağazadə - 2,32% (40014səs)
Qüdrət Həsənquliyev - 2,11% (36450səs)
Zahid Oruc - 1,55% (26825səs)
İlyas İsmayılov -1,21% (20853səs)
Fərəc Quliyev - 0,91% (15771səs)
Araz Əlizadə - 0,90% (15539səs)
Hafiz Hacıyev - 0,65% (11184səs)
Sərdar Məmmədov - 0,65% (11169səs)




































































































