Fiziklər ilk dəfə izah etdilər: Çökən ulduzun daxilində necə yeni Kainat yarana bilər?

Hazırda oxunan: Fiziklər ilk dəfə izah etdilər: Çökən ulduzun daxilində necə yeni Kainat yarana bilər?

619989

Nəzəriyyəçi fiziklər nəhəng ulduzların həyatının son mərhələlərinə dair təsəvvürləri kökündən dəyişdirə biləcək yeni ssenari təklif ediblər. "Physical Review D" jurnalında dərc olunan hesablamalara görə, qravitasiya çökməsi (kollaps) zamanı ulduzun daxilində miniatür yeni Kainat yarana bilər və onun genişlənməsi qara dəliyin formalaşmasının qarşısını alar.

Bizim.Media xəbər verir ki, müasir astrofizikada qara dəliyin mərkəzində fizika qanunlarının işləmədiyi sonsuz sıxlığa malik nöqtə – sinqulyarlıq mühitinin yarandığı qəbul edilir. Lakin buna alternativ olaraq irəli sürülən "qraviyulduz" (gravastar) fərziyyəsinə görə, bu obyektlərin daxilində sinqulyarlıq yoxdur.
 

Bunun əvəzinə daxildə çökməyə müqavimət göstərən yüksək sıxlıqlı qaranlıq enerji sahəsi mövcuddur. İndiyə qədər bu cür obyektlərin real olaraq necə formalaşa biləcəyi sualı elmdə açıq qalırdı.


Fiziklər Daniel Yampolski və Luçano Rezzolla ilk dəfə ümumi nisbilik nəzəriyyəsinin tənliklərini dinamik rejimdə həll edərək qraviyulduzun real yaranma mexanizmini nümayiş etdiriblər.

Onların modelinə görə, ulduzun sıxılmasının son mərhələsində daxildə Böyük Partlayışa (Big Bang) bənzər proses başlaya bilər. Qaranlıq enerjinin təsiri ilə genişlənən bu mini-kainat xaricə doğru təzyiq yaradaraq çökməni hadisə üfüqü formalaşanadək dayandırır.

Alimlər vurğulayırlar ki, bu kəşf qara dəliklərin mövcudluğunu inkar etmir, lakin maddənin ekstremal sıxlıqdakı davranışı hələ tam öyrənilmədiyi üçün ulduz təkamülünün son mərhələlərini anlamaqda yeni bir qapı açır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin