Şakira bu serialın ulduzu ilə sevgilidir?

Hazırda oxunan: Şakira bu serialın ulduzu ilə sevgilidir?

619987

Dünya şöhrətli müğənni Şakira şəxsi həyatı ilə bağlı yeni şayiələrə rəvac verib.

Bizim.Media xəbər verir ki, 48 yaşlı ulduz "Linkoln vəkil üçün" (The Lincoln Lawyer) serialının baş rol ifaçısı, 44 yaşlı meksikalı aktyor Manuel Qarsiya-Rulfo ilə birlikdə görüntülənib.
 

Məlumata görə, cütlük Qərbi Hollivuddakı məşhur "Sunset Tower Hotel"dən çıxarkən paparassilərin obyektivinə tuş gəlib. Onlar mehmanxananı tərk etdikdən sonra eyni avtomobilə əyləşiblər. Sükan arxasına aktyor keçib, Şakira isə sərnişin oturacağında yer alıb.


Şahidlərin sözlərinə görə, olduqca səmimi görünən və zarafatlaşıb gülüşən cütlüyün bu addımı onların arasında yeni bir sevgi romanının başlanması xəbərlərini sürətlə yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin