Son vaxtlar millət vəkili Ziyafət Əsgərov və bəzi rəsmilərin sabiq MTN rəhbəri Eldar Mahmudovun məsuliyyət məsələsinə toxunması keçmiş MTN şefinin həbs ediləcəyi ilə bağlı ehtimalları qüvvətləndirib.
Maraqlıdır, gec də olsa E.Mahmudovun məsuliyyətə cəlb edilməsi mümkündürmü? Rəsmilərin bu məsələyə toxunması E.Mahmudovun həbs anonsu kimi qiymətləndirilə bilərmi?
Moderator.az-a açıqlama verən hüquqşünas Əyyub Kərimov bunun nəinki mümkün, həm də zəruri olduğunu vurğuladı:
“Təbii ki, bu cinayət işində kimlərsə mühakimə olunacaq və əsas fiqur kənarda qalacaqsa, onda ictimai rəy bununla razılaşmayacaq. Çünki ictimaiyyəti heç cür inandırmaq mümkün deyil ki, MTN-də bu qədər işlər baş verib, lakin E.Mahmudovun bunan xəbəri olmayıb.
Bildiyiniz kimi, hazırda ləğv edilən MTN-nin keçmiş müstəntiqinin məhkəməsi başlayır. Həmin müstəntiq haqqındakı ittiham aktında bir neçə yerdə E.Mahmudov və idarə rəisi olan digər şəxsin adı hallanır. Indi göək məhkəmədə nələr üzə çıxacaq. Çünki hər bir halda məhkəmə araşdırılması zamanı zərərçəkmişlər öz fikirlərini bildirəcəklər. Bu baxımdan hər araşdırmadan nəsə meydana çıxa bilər. Lakin bunca hadisələrədn nazirin xəbəri olmadığını iddia etmək mümkün deyil. Çünki belə olubsa, deməli nazir yerində olmayıb. Qəzet redaktorunun qəzetdə baş verənlərdən xəbəri olmalıdır. Nazirin də nazirlikdə baş verənlərdən həmçinin. Əgər E.Mahmudovun 10 il baş verənlərdən xəbəri olmayıbsa, deməli bu şəxs yerində olmayıb. Ya etiraf etməlidirlər ki, E.Mahmudov yerində olmayıb, ya da etiraf etməlidirlər ki, o, yerində olub, lakin toxunulmaz adamdır. Ona görə də həbs edilə bilməz. Bu zaman belə bir ziddiyyət yaranacaq ki, ölkə başçısı iddia edir ki, ölkədə toxunulmaz adam yoxdur. Hamı qanun qarşısında bərabərdir. Lakin E.Mahmudov faktiki olaraq toxunulmaz qalıb.
Bütün bu ziddiyyətləri aradan qaldırmaq üçün E.Mahmudovun cəzalandırılması təmin edilməlidir”x9d.
xa0
Seymur Əliyev





































































































