"Demokratlar "B" planını hazırlayır və "siyasi təlatüm"dən ehtiyat edir..." - "Politico"

Hazırda oxunan: "Demokratlar "B" planını hazırlayır və "siyasi təlatüm"dən ehtiyat edir..." - "Politico"

602884
"Baydenin bu məsələdə qəriyyətsizliyi partiyada dərin süstlük yaradıb..."
 
Bayden ikinci müddətə seçilmək üçün namizədliyini irəli sürəcəkmi?..
 
ABŞ prezidenti Co Bayden ikinci dəfə prezidentliyə namizədliyini verəcəyinə əmin deyil, bununla əlaqədar olaraq Demokratlar Partiyası və onun başlıca yardımçıları "B" planı üzərində işləyir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
 
"Prezidentin müşavirləri Baydenin 2024-cü ildə yenidən seçilməsi üzrə kampaniyasına rəsmən start verilməsinin hazırlığına aylar həsr edib.
 
Lakin prezidentin bu addımı atmağa hələ də hazır olmadığından şübhələr yaranır: əgər o, bunu etməmək qərarını verərsə, necə olsun?" - "Politico" qeyd edib.
 
Nəşrin məlumatına görə, müşavirlər Baydenin fevralda seçkilərdə iştirakı barədə rəsmən elan edəcəyini gözləyib.
 
Bununla yanaşı, prezidentinin ətrafında olan adamlar deyir ki, seçkiöncəki kampaniyanın başlanması tarixi barədə konkret müddət yoxdur.
 
Demək olar ki, bütün demokratların Baydenin sonucda yenidən seçilmək üçün razılıq edəcəyinə inanmasına rəğmən, onun qətiyyətsizliyi partiyada "dərin süstlük" yaradıb.
 
Bu səbəbdən prezident kreslosuna bəzi potensial  iddiaçılar və onlarla iri donorlar yeni strategiya və hətta "B" planı işləyib hazırlayır, bu zaman 80 yaşlı prezidentə hörmət və açıq dəstəyini saxlamağa cəhd  edir.
 
"Politico"nun bir neçə mənbələrinin məlumatına görə, Bayden diqqətini cari vəzifələr üzərində cəmləşdirib, öz müşaviri ilə sosial sorğuların nəticələri barədə "təsadüfi telefon danışıqları" istisna olmaqla, o, demək olar ki, gələcək seçkilərin müzakirəsinə zaman ayırmır.
 
"Baydenin yenidən seçilməsindən imtina etmək qərarı siyasi təlatümə bərabər olardı. Bu, onun vitse-prezidenti Kəmalə Harrisə böyük diqqət axınını yönəldə bilər, lakin onun qeyri-sabit reytinqi öz demokrat həmkarları arasında şübhələr doğurur.
 
Onlardan bəzisi onun ya ilkin səsvermədə, ya ümumi səsvermənin gedişində, yaxud da hər iki mərhələdə qalib gələcəyinə inanmır", - nəşr qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin