Qazaxıstanın Almatı şəhəri “Oljasın kitabxanası” nəşrlər evi həmyerlimiz şair Məmməd İsmayılınxa0 “Çağdaş ədəbiyyat ustaları” seriyasındanxa0 “Meç nadejdı” adlı şeirlər kitabını nəfis şəkildə çap edib.
Kitabın annotasiyasında deyilir: "Bu kitaba məşhur Azərbaycan şairi Məmməd İsmayılın lirik şeirləri toplanıb. Şeirləri Rus dilinə Y.Kuzentsov,A.Kuşner və M. Sinelnikovxa0 tərcümə etmişlər. Məmməd İsmayıl adı yalnız vətənində deyil, həm də Rusyada,Türkiyədə, eləcədə dünyanın bir çox yerlərində tanınır. Əsərləri bir çox dünya dillərinə çevrilmişdir.Onun nufuzedici poeziyası, özəlliklə lirik əsərləri heç kimin laqeyd qala bilməyəcəyi əsərlərdir. Bu əsərlərdə ötüb keçmiş gəncliyin ayrılmazxa0 sevgi vəxa0 hüzünləri bölüşülür, nüfuzedici həyəcan və itkilərin ağrısı dilə gətirilir. Və oxucusunu həyatın keçiciliyini düşünməyə, eyni zamanda dünyada hər şeyin bir təkrarı olduğu, payızda ölümə gedən təbiət baharda həyatı yenidən canlandırdığı kimi, həyat yollarında çeşidli sınaqlardan keçənxa0 insan da beləcə daha güclü, daha müdrük, daha xeyirxah olacağı ümidinə səsləyir".
Kitabın xüsusiylə gənclər arasında maraq doğuracağına inanırıq. Modern texnoloji çağında yaşayan gənclik şairin şeirlərində könül axtarışlarının əks-sədasını vəxa0 özlərini tapacaqdır.
Kitaba şairin dostu və tərcüməçisi Mixail Sinelnikov “Dost və şair haqqında” adlı geniş giriş məqaləsi yazıb.


































































































