Qadın peyğəmbər

Hazırda oxunan: Qadın peyğəmbər

131092
Moderator.az oxucu marağını nəzərə alaraq yazıçı Aysel Əlizadənin "Qadın peyğəmbər" romanının yayımına başlayır. 



Elə olmadı.

Günəş qürurla boy-boy düzülən dağların arxasında gizlətdiyi sapsarı başını göstərmədi,  yox.  Nə də təbiətin sevgilisi  yaz  qaranlığın ömrünü  azaltmaq üçün  gəlib gecəni qısaltdı.  Qışın  uzun, üzücü gecələri ucbatından  həyatın  bütöv mənzərəsində qara rəng  ağ  rəngi   üstələməsin  deyə,  təbiət qar düşündü.  Qar yağdı, o, doğulan   gün, qar.

Adını Qar qoydum.

***

Güzgüyə baxanda sakitləşirdi. Güzgüdəki özünü çox istəyirdi. Gözlərinin içinə, dodaqlarına, əllərinə diqqətlə baxırdı. Hərdən soyunub çılpaq dayanırdı güzgünün qar-şısında. Bədənini tanımağa çalışırdı,  hər cizgisini öyrə-nirdi. Bir nöqtədə ilişib qalırdı ”“ baxırdı, baxırdı; xoşbəxt olanda güzgüdə özünə olduqca gözəl görünürdü, bədbəxt olanda çirkin. Yatağına sevincək uzananda səhər  özündən xoşu gəlirdi, kədərli uzananda özünü bəyənmirdi. Pis görünəndə ümidsizliyə qapılmırdı. Bilirdi, yenə nəyəsə sevinəcək, yenə gözəl olacaq. Sevinməyi hər şeydən yaxşı bacarırdı. Kəpənək kimi xoşbəxt, göy qurşağı kimi rəngli, hava kimi azad görünürdü. Xoşbəxtliyin gözəlləşdirdiyi, bədbəxtliyin çirkinləşdirdiyi dünyada təzə qala bilirdi. Hər ağrının içindən  balaca sevinc boxçası tapıb açırdı.

Uzun zamandı susurdu. Xatirələrini oyadacaq nə var-sa,  gözündən uzaq tuturdu ”“ paltarlarını harasa dürtmüş-dü, əşyalarını hardasa itirmişdi, şəkillərini kitabların ara-sında, o kitabları da yenilərinin arxasında gizlətmişdi. Duyğular sözə çevriləndə saxta alınır ”“ əmin idi, hiss et-diklərindən danışmırdı,  yalnızca düşünürdü. Günlərcə.

Birdən köhnə kitabları yenilərin arxasından çıxardı. Sığalladı. Gözündə öncə şüşə kimi bir lay parıldadı, sonra həmin lay alt kirpiklərinə enib topalandı, yumrulanıb rəng-siz  muncuğa çevrildi, aşağı süzüldü, burnuna, dodaqlarına dəyib parçalandı.

Çarpayısında oturub kitab oxuyurdu. Günəş  yuxu-dan oyananacan beləcə oxudu, dayandı, ağlına yüz fikir gəldi. Sonra şəhər işıqlandı, evinə təbiətin aydınlığı çökdü. Yerindən qalxıb pəncərəni açdı. Elə bil bayaqdan kimsə onun burnunu tutub nəfəs dərməyə qoymurdu.  Havanı doğması kimi  bağrına basdı.  Elə darıxmadı ki... Pəncərəni bağlamayıb yatdı...

Uçmaq bacarığı vardı yuxularında. Var-gücüylə qollarını yelləyib ayaqlarını yerdən üzər, torpaqdan ayrılardı. Bunu elə ürəkdən, bütün varlığı ilə hiss edirdi ki, oyaq vaxtı da uça bildiyinə inanırdı, yoxlamırdı, sadəcə, inanırdı. Uşaq olanda evlərinin damına çıxıb ulduzları izləyirdi. Qohum bağında atılıb qalan,  kimsəyə gərəkməyən binokl  görmüşdü. Ev yiyəsindən  istəmişdi. Yaxşı-yaxşı təmizləyib özünə balaca  teleskop eləmişdi.  Gecələr onunla aya baxırdı. Özündən yozumlar verir, nəsə tapır, öz aləmində Ayı çözürdü.  Kosmosu düşünəndə  belə genişlikdə yaşayıb  Aydan o yanı tanımamaq Qarın ürəyini sıxırdı. Yupiterə səyahətlə bağlı maraqlı hekayə oxumuşdu.  Yupiter  hekayəsi ona elmi kitablarda yazılanlardan daha inandırıcı gəlirdi. Guya bizdən öncə hündür kenquruya oxşar quyruqlu varlıqlar yaşayıb, guya onların kökü kəsiləndən sonra insan yaranıb.

Yadplanetlilər haqda çox düşünərdi. Yuxularında başqa planetlərə uçar, çəkisizliyə düşər, dolaşar, geri qayıdardı. Yuxusuna uçan boşqablar girirdi. Hələ biri yaşadığı həyətə enmişdi.  “Bizimlə gəl, istədiyin vaxt geri dönərsən”x9d demişdi  boşqabdan gələn səs. Qar ailəsini atıb gedə bilməmişdi yuxuda. Ailəsi onun həm balası, həm qalasıydı. Atası görünüşcə qartalı xatırladan bir kişiydi.  Səliqəylə arxaya daradığı saçları kub formalı qabarıq, iri alnını bir az da gözə çarpdırır, üzünün dərisi elə bil qaşlarıyla gözlərini azca yuxarı qaldırır, ütü şəkilli burnu yuxarı dartılan cizgiləriylə tamamlanırdı; ucaboy idi -  əzəmətini boyundan çox, günahsız duruşu, əmin addımları, ləyaqətli baxışları şəkilləndirirdi.  Uzaqdan gələndə elə bilərdin  addım atdığı yer yol verib irəli ötürür onu. Uzun zaman universitetdə kafedra rəhbəri işlədi. İti burnu, boy-buxunu, dümdüz vücudu həm də olduqca səliqəli, ciddi görkəm verirdi ona. Adamlar qarşısında istər-istəməz  özlərini yığışdırırdılar.  Elnən bir hörməti vardı.  Zaman, rejim, hakimiyyət əvəzlənir, ancaq ölkənin bütün sahələrində gizli-açıq rüşvət alıb-vermək adəti dəyişmirdi. Rüşvətxorluq metastaz vermişdi. Düz adamlara xədim kimi baxırdılar; təmiz işləmək ağılsızlıq sayılırdı. Rəhbərlik onları qısır inək gözündə görürdü. Belələri ailələrinin yanında da üzüqara olurdular.

Bu yerlər Nemey şiri kimi adamları dişləri arasına alıb həvəngdəstə döyəntək ağzında bir-bir əzib üyüdür, sonra mədəsindən keçirir, nəcisə  çevirib çölə atırdı. Bu yerlərin adı Poxludərə idi.  Orda ölüm-qalım savaşı gedirdi. Adamlar onları özünə çəkən bu çirkli dərinliyin dibinə çökməmək üçün bir-birinin ayağından yapışır, başından basıb yuxarı çıxır, dırmaşa-dırmaşa sağ qalmağa çalışırdılar. Bu dartadartda  kiminsə cibindən düşən pulu, barmağından çıxan üzüyü, qolundan, boynundan açılan qızıl bağı görənin gözləri siçan tapan ac pişik kimi bərəlirdi.  Həmin adam anında yapışdığı  yerdən bir əlini çəkib, sallaq halda pislikdə eşələnir, sərvəti götürmək üçün əlləşirdi.  Beləcə, poxa düşən  pul üstündə qırğın qopurdu. Belə təngnəfəs didişmənin  adına yaşamaq deyirdilər. Kim qazanırdı, Nemey şirini kimsə yenə biləcəkdimi? İnsan? O, hələ gözə dəymirdi.  Hardaydı, heç kim bilmirdi.

O yerlərdə heç vaxt vicdanlı adamlar yaşamamışdı sanki.   Qorxmazlar  heç olmamışdı. Hər kəs eyni yalanı yaşayır, canını saxlamağa çalışırdı. Poxludərənin yaxınlığında  Çoxlubərə adlı yer vardı. Ovçularının şikarı bol idi.  Acan kimi marığa durur, ayı-filan ovlayıb kefi kök, damağıçağ ömür sürürdülər. Arada Poxludərədə ah-nalə edənlərə yuxarıdan göstərişlər verir, yaxşı batmağın, ya da bəlkə batmamağın yollarını öyrədir, göstərişləri tam-tamına yerinə yetirənlərə kəndir atıb  öz tərəflərinə çəkirdilər. Bu tərəfin ahçıları dərədən qurtulub o tərəfin ovçularına qoşulmağı çox arzulayırdılar. Görürdülər, orda vəziyyət cağbacağ idi.  Ovçularının çoxu Poxludərədən qurtulanlar olsa da,  gərək açıq deyəsən, Çoxlubərə, doğrudan da, ahçılar üçün çıxış yolu idi.


***

Qarın atası sonadək dürüst adam olaraq qaldı. (Dürüst adam - arxaikləşmiş söz birləşməsi) Danışqan deyildi Maqbet bəy. Onu həyat tərzi, kimliyi açıb göstərirdi. Təkcə leksiyalarında həvəslə danışırdı, bir də qızıyla uzun-uzadı söhbət etmək xoşuna gəlirdi. Onda ölkəsindən narahat ruhu dincəlirdi. Qızına ən çox uşaqlığından, ailəsindən nağıl edirdi. Nənəsindən danışırdı. “Nənəm deyirdi ki, bala, biz bəy nəsliyik. Sosializm qurulanda babanı “kulak”x9d adıyla ağacın altında, gözümün qabağında güllələdilər. Soyadımızı da, millətin adını da dəyişdilər. Bizim onacan başburutumuzda (pasport) “türk”ž yazılırdı. Onlar bizə təzə başburut verdilər. Soyad kimi babanız Məmmədin adını götürüb “ov”ž sonluğu artırdılar.”x9d  Qara bütün bu söhbətlər bir tarixçə kimi, əcdadlarını, ulu nənə-babasını tanımaq üçün maraqlı idi. Soyadı, pasport yazısını önəmli saymırdı.  Əsas toplumun qırımıdı. Toplum bəşəriyyətin  sayğısını qazanarsa, başburutunda nə yazacağını özü seçər.  Ã–zünü necə tanıdarsa, elə də qarşılanar.  Ancaq Maqbet bəy üçün soy çox həssas mövzu idi. “Bəylərin kökünü kəsdilər, xalq aşındı”x9d - deyirdi.  Maqbet bəyin  duruşunda, doğrudan da, bir bəy əyilməzliyi vardı. Başını arxaya atırdı danışanda. Gözlərini iri açır,  elə bil  olanları bütün incəlikləri ilə görmək istəyirdi. Tələbələrinə deyirdi ki, insan düşünəndə yaşayır. Bizi narahat edən sualların cavabını düşünərək tapa bilərik. Gənclər onun yanında ürəkli olurdular. Düşünməyi tərgidən xalqın balalarının beynində bütün mövzularda fikir qığılcımı oyadan bu əvəzsiz öyrətmən bəzən bilərəkdən hansısa mövzunu ortaya atır, tələbələri qızışdırıb elmi, ictimai deyişmə yaradırdı.  Maqbet bəy sevildiyi qədər sevilmirdi həm də. Üzdə ondan çəkinənlər arxada tələ qurmaq üçün uğraşırdılar.  Maqbet bəyin qazandığı hörmət, qoruduğu ad  ölkədə rüşvətin atası sayılan Korruptio adlı məmuru qıcıqlandırırdı. Məmləkətdə qürurlu adam qalmadığı, hamının pulla oyuncağa çevrildiyi bir dönəmdə  buyruq qulu, əl meymunu olmayan tək-tük adam Korruptio müəllimin əsəbinə toxunurdu. O, ölməz Koşşey kimiydi, səbəbsiz yerə pislik etmək haqqında düşünürdü.  Yaxşı nə varsa, özünə götürmək istəyirdi. Ən görüntülü yerlərdə şirkət qururdu. Ölkənin hər yerində  özünə malikanə tikdirirdi. Hər sahəyə dürtülürdü.  O, hərşeyşünas idi - məmur, alim, yaradıcı, bankir, iş adamı, turizmçi, idmançı, restorançı, karxana, hamam, ferma, firma böyüyü. Ancaq yararı olmurdu, sakitləşə bilmirdi. Özünü tapmırdı. Olan, olmayan, uçan, qaçan, tərpənən, yeni çıxan, köhnədən qalan nə sahə, nəsnə, əşya, peşə varsa, onda mütləq barmağı olmalıydı.  Kara gəlmirdi, yenə də yarımçıq qalırdı...

Aşağıdan yuxarıya rüşvətxorluq piramidası uzanırdı ölkədə. Küçədə tumsatan arvadlardan ta yuxarıda görəv satanlaracan hər kəs ayaqda qalmaq üçün bir-birinə şirinlik ötürürdü. Bir gün tumsatan arvad elə torbasının yanındaca canını tapşırdı. Çox qocaydı və ömrünü də elə bu torbayla, elə bu məhəllədə keçirmişdi.  Torbasındakı tumun içindən bir kağız parçası çıxdı. Görünür, kimsəsiz qarı işini qabaqcadan bənd etmək istəmişdi. Kağız parçasında kiril əlifbasıyla bu sözlər yazılmışdı: “Ömrümün axrnacan Koruftu məllim üçün dua edəcəm. O bizim xalqın atasıdı. Mən hər ay burdakı uçaskovuya qazancımın yarsın verrəm. Uçaskovu da öz rəyisinə qazancının yarsın verir. Rəyis də öz böyüyünə.  Belə-belə  ta Koruftu məlliməcən millət başını girriyir.  Mən kimsəsiz bir arvadam. Öləndə məni basdıracaq oğul-uşağım da yoxdu. Koruftuyu da öz balam billəm. O biri dünyada ona duaçı olacam. O olmasaydı uçaskovu məni burda tum satmağa qoymuyacaqdı. Arzu edirəm öləndə Koruftu oğlum meydimi yerdən götürməyə tapşırıx versin”x9d.

Literaturanın yerli növü ”“ korruptura yaranmışdı deyə, hər kəs nəsə yazmağa çalışırdı. Tərifli  mahnı mətnləri, şeirlər,  kitablar bir-birini əvəzləyirdi. Qarı isə bunların heç birini yaza bilmirdi. Ona görə də məktub yazmışdı. Adamlar nəfəs aldıqları üçün də şükr edirdilər. Yaşadıqlarına görə Korruptio müəllimə minnətdar idilər. Problemləri olanda Korruptio müəllimin ünvanına məktub göndərir, ancaq bu məktubun girişində o qədər öygü yazırdılar ki, problemi vurğulamağı  unudurdular.  Maqbet bəy isə heç nə yazmırdı, dərsini keçirdi. İşlədiyi fakültədə Elya deyilən bir qız vardı. Xoşa gəlmək çabaları, telefon danışıqları, ara-sıra aldığı mesajlarla diqqət çəkirdi. Ona zəng gələndə heç kimin maraqlanmadığı, boylanmadığı halda gərginləşir, telefonu gizlədən kimi olurdu. Sonra kənara çəkilib özü hansısa nömrəni yığır, əlini ağzına tutub dayanmadan pıçıldayırdı. Bu qızda nəsə bir gizlin vardı. Ən çox da gərginliyini göstərməmək çabasıyla quşqu yaradırdı. Çünki gizlədə bilmirdi, təcrübəsi çatmırdı.

Semestr imtahanları bitdi. Fakültədəki qar-qur kəsildi. Maqbet bəy belə vaxtlarda otağında qurdalanmağı sevirdi. Universiteti bitirmək üzrə olan sevimli tələbələri haqda düşünürdü.  Onların yaşamı necə olacaq, özlərinə uyğun yerlərdə çalışa biləcəklərmi, düzənlərini quracaqlarmı ”“ bu suallar professoru qayğılandırırdı. Onlara həmişə bir önərisi olurdu: sizi dəyişməyə çalışsalar, geri çəkilməyin. Qorxmayın, yetənəyiniz sizə yol açacaq, yön verəcək. Qorxsaz, özünüzü itirəcəksiz. Maqbet bəy çirkabın içində üstünü təmiz saxlaya bilirdi. Bu ona asan başa gəlmirdi. Gücünü toplayıb dayanmalı olurdu. İnandığı tələbələrini qorumağa çalışırdı. Cəmiyyət öz ağırlığı ilə onların üzərinə gələcək, gücləri çatacaqmı?  Həm tarixin yükünü daşımalı, həm toplumun təpkisinə, basqısına, anlayışsızlığına dözməli, həm də öz sağlam genlərini qorumalı olacaqlar. Cəmiyyətlərinə bənzəməyən adamlar üçün bir düstur varmı? Nə etməlidi bu adamlar?..

Kabinetinin qapısı döyüldü. Professorun “gəlin“ icazəsindən sonra qapı yavaşca açıldı. Elya idi. Maqbet müəllim onu tanımadı.

”“ Olar, Maqbet müəllim? ”“ Elya professorun həssaslığına hesablanmış dərdli bir səs çıxardı.

Maqbet bəy ağayana:

”“ Buyurun, ”“ dedi.

Elyanın dərdli görkəmi dərhal yerini sərbəstliyə verdi. İçəri keçib stullardan birində oturdu.

- İcazə verirsiz də oturum.

Maqbet onun sərbəstliyinə önəm vermədi.

”“ Buyurun, ”“ dedi.

Elya içində özüylə deyişirdi. Sözləri təkrarlayırdı.  Yetkin qadın kimi görünmək cəhdi gülməli alınırdı. Sonunda məşqini bitirib hərəkətə  keçdi.

”“ Vurğunam sizin alicənablığınıza. Siz əsl kişisiz. Bu universitet çox sıxıcıdı. Maraqlı heç nə yoxdu. Məni bura bircə siz bağlayırsız. Siz olmasaz, hər gün yuxudan oyanıb bura gəlmək işgəncəyə çevrilər. Siz bilmirsiz. Mən hər gün sizi izləyirəm. Uzaqdan da olsa, görəndə sakitlik tapıram.

Elya bu çox ənənəvi sözləri uzada-uzada, astadan, səsinə yuxulu  çalar qataraq  deyirdi. Professor çaşıb qalmışdı. Bu uşaq  nə istəyir? Elya birdən ayağa qalxıb Maqbet bəyə tərəf getdi. Yaxınlaşan kimi onun qucağına oturdu. Professor tərpənmədi. Qız əllərini onun boynuna saldı. Dodaqlarına doğru əyildi. Tutqulu pıçıltıyla:

”“ Professorrr... ”“ dedi. ”“ və susdu. Gülümsəyərək Maqbetin boynunu qucaqlayıb elə dayandı sanki bu dəqiqə bütün həyatı professorun  qarşılıq verməsindən, onun əllərini hiss etməsindən asılıdı. Professor qızı astaca qucağından düşürdü. Özü də ayağa qalxıb qapıya tərəf getdi. Əli ilə bayıra işarə edərək dedi:

”“ Gedin, qızım, gedin evinizə.

Elya saçlarını sığallayıb artıq heç nə söyləmədən otaqdan çıxdı. İş tamam idi. Yeni semestrdə  bütün universitet sayğıdəyər  Maqbet hocanın tələbəsi ilə sevgi macərasından danışırdı. Otağa qoyulan gizli kameradan fotoçıxarışlar edilmişdi. Həmin fotolarda tələbə qız hamının çəkindiyi, adlı-sanlı professorun iş kabinetində, qucağında oturmuşdu. Bu, böyük zərbə oldu. Maqbet adamlara uzun-uzadı nəsə izah etmək, özünü təmizə çıxarmaq kimi bir xarakterin yiyəsi deyildi - ona yaraşmazdı. Belə bir biabırçı olaydan sonra rektorluq onu çağırıb ərizə yazmasını istədi. Maqbetin başqa çıxış yolu qalmırdı.

İşdən çıxandan sonra professor xeyli xəstə yatdı. Qar atasının keçirdiyi sarsıntını onunla birgə, bütün ruhuyla yaşayırdı. Atasına çox bağlıydı. Görünüşcə isə anasına bənzəyirdi. Hər ikisinin qara mirvariyə oxşar bəbəkləri vardı. Təbəssümləri o qədər bənzəyirdi ki, üzündən ayırsan bilməzdin hansınındı. Anası Gülümsər xanım doğulanda hamını təəccübləndirmişdi. Qaranlıq ana bətnindən işıqlı dünyaya çıxan körpə ağlamadı. Əksinə, bədənini qıcıb gülümsədi. Hamı bir-birinə dəydi. “Bu gülür ki... nə gülümsər qızdı, gülümsər qızdı" deyib qəşş elədi həkimlər. Sonra başqa körpələr kimi onu da ağlatdılar. Ancaq anası bu təbəssümü qızına ömürlük hədiyyə etdi. Körpəsinin adını Gülümsər qoydu. Gülümsər xanımın uşaqlıq arzusu aktrisa olmaq idi. Əyalətdə yaşayırdılar. Evlərinin bağçasında personajların, obrazların monoloqlarını deyər, təkbaşına tamaşa hazırlayardı. Atası qızının teatra marağına öncə uşaq oyunu kimi baxırdı. Fikrinin ciddi olduğunu, aktrisalıq sənətini seçmək istədiyini biləndə hövülləndi. Gülümsərə dedi: “yiyəsiz adamlar artist olur, özünə qıza yaraşan ağıllı-başlı sənət seç”x9d. O vaxt Gülümsər “yiyəsiz”x9d sözünü yetimlik mənasında anlamışdı. Arzusundan daşınıb ədəbiyyat müəllimliyini seçmişdi. Bir gün çox sevdiyi aktrisanın müsahibəsini oxudu və həyatının ən böyük məyusluğunu yaşadı.  Teatr ustası “Niyə aktrisa olduz?”x9d sualına “Yiyəsizlikdən aktrisa oldum”x9d cavabı vermişdi.   

Qapalı cəmiyyətlərdə valideynlər uşaqlarının səhnə adamı olmasına çətin razılıq verirlər. Çox vaxt da heç razılıq vermirlər. Dünya teatrı artıq özünün ən yüksək zirvəsinə çatıb, kulta çevrilib. Yalnız yiyəsizlik və sənətkarlıq arasında bir yaddaş bağı var. Səhnənin əcdadı küçədi. “Küçə teatrı”x9d adamların təkcə istedadlarını göstərmək yeri deyildi, həm də dolanışıq yeriydi. Küçələrdə tamaşa göstərən adamların içində böyük sənətkarlar səfil həyatlarını sürdürürdülər. Aktyorluğun küçədən başlayan bir  yaddaş zədəsi var. Bir “Səfillər”x9d zədəsi var. Böyük şöhrətə çatandan sonra da Çaplin kimi meqasənətkarlar küçədən başlayan “Səhnə işıqları”x9d önündə yaddaş ağrısıyla dayanıb. Sənətə aparan yiyəsizliyin hekayəsi budu. “Küçə adamları”x9d böyük aktyorlara çevrilsələr də, onların keçmişi aktyorluq sənətinə, səhnə işıqlarına kölgə salır, sənətkara zirvədə belə yiyəsizlikdən aktyor olduğunu xatırladır,  kimsəsizlik hissini itməyə qoymur.  Sənətkarın həyatına burun soxan, dedi-qodu uyduran cəmiyyət isə övladının elə özünün qurbanı olacağından qorxub onu səhnəyə buraxmır. 
 
Orta məktəbdə ədəbiyyat öyrətməni işləyirdi. Şagirdlərinə proqramdan kənar bilgilər verir, sinifdənxaric oxu üzərində çox dayanırdı. Maraqlı metodikası vardı. Şagirdlər oxuduqlarını dərsin sonunda qısa formada yoldaşlarına danışırdılar. Hamı bir-birinin bəhsinə daha çox kitab oxumağa həvəsliydi. Gülümsər müəllimə yazdıqları  inşaları şagirdlərin özlərinə oxudur, səsvermə yolu ilə qiymət yazırdı. Öyrəncilər bunda da yarışa girirdilər. Bəzən elə təsirli yazılar olurdu, bütün sinif inşasını səsləndirən müəllifi ayaqda alqışlayırdı. Bu, müəllimənin verdiyi tərbiyə idi.  Gülümsər xanım qızına da yaşına uyğun bildiyi kitabları önərir, ən maraqlı roman qəhrəmanlarının xarakterini, dünyasını izah edirdi. Qar anasıyla tez-tez Lüiss Kerollun “Alisa möcüzələr ölkəsində”x9d romanından danışırdı. Alisanın düşdüyü yer barədə soruşurdu, oranı xəyalında canlandırırdı. “Görəsən, yalnız Çeşir pişiyi gülümsəyir, yoxsa?..”x9d Qar bütün pişiklərə diqqətlə baxırdı. Yox, heç biri gülümsəmirdi. Pişiklərin üzündə vecsiz  ciddilik vardı.  Sanki yaşamın fəlsəfəsi onlara aydın idi.  Bütün pişiklərin ciddi olduğu halda birinin gülümsəməsi hamının  diqqətini çəkər, fərqli pişik o dəqiqə gözə dəyər ”“ Qar düşünürdü.   Buna görə də Alisa gülümsəyən pişiyi görəndə mat qalmışdı. Qar belə fikirləşəndə  modern ədəbiyyatın ən maraqlı yazıçılarından biri olan Vircinia Vulfun qəhrəmanı yadıma düşürdü. Vircinianın qəhrəmanı pəncərədən quyruqsuz pişik görür və bütün günü bu hadisə ağlında dolaşır: “Quyruqsuz pişik? Bu, inanılmazdı.  Quyruğu olsa, heç vaxt diqqətimi çəkməzdi”x9d. Bənzərsizliklər quyruqsuz pişik kimidi, dərhal gözə çarpır. Qar istərdi ki, Alisanın möcüzələr ölkəsində kral və kraliçanın hakim olduğu məhkəməyə Çeşir pişiyi də şahid kimi çağırılsın. Çünki bu romanda təkcə onu ağıllı personaj sayırdı.  Hərçənd, pişik Alisaya hamının dəli olduğunu demişdi - özünün də: “Heç kimin ağlı başında deyil.  Sənin də, mənim də”x9d. Qar bunun üzərində baş sındırırdı: “Doğrudanmı, heç kimin ağlı başında deyil?”x9d

- Axı niyə bu əsərdəki kral və kraliça hamının boynunu vurdurur? - Qar anasından soruşurdu.

- Çünki onlar kral olmağı yalnız cəzalandırmaq kimi başa düşürlər, -  Gülümsər xanım  izah edirdi. - Əlbəttə, krallar cəzaya layiq olanların dərsini verməlidi, ancaq onların  işi təkcə bu deyil. Onlar insanların yaxşı yaşamaları üçün çalışmalıdılar. Birinci işləri budu. Ölkədə hər şeyə cavabdeh onlardı.

Gülümsər xanım qızının sual axını qarşısında coşur, həvəslə bu axına yön verirdi. Maqbet bəylə bütün mövzularda danışan Qar anasına yalnız ədəbiyyatla bağlı suallar yağdırırdı.  Suallar bitmək bilmirdi. Maqbetdən fərqli olaraq, Gülümsər xanım danışqan, hərəkətli idi. Bütün günü hansısa pyeslə uğraşır, şagirdləri arasında rolları bölüşdürür, səhnəciklər, ssenarilər hazırlayırdı. Şagirdləri Şekspiri əzbər bilirdilər. Gülümsər xanım üçün Şekspir teatr peyğəmbəri idi: “Şekspir teatrı həyata qarşı qoyur. Teatrı bütün eybəcərliklərlə - hakimiyyət yanğısı,  qan davası, savaş, acgözlüklə döyüşə çağırır.  Ã–z qələmilə bəşəriyyətin ən böyük sevgi hekayəsini yaradır və bu hekayə bütün dövrlərdə sevgililərin körpüsünə  çevrilir”x9d. Onun üçün gəlib getmiş ən böyük yazıçı Şekspir idi. Bəlkə də, Gülümsər xanımı Maqbetə ilk görüşdən elə onun adı bağladı.  Bu adı eşidən kimi xanımın gülər gözlərində heyrət partladı.  “İlahi, o, Şekspirin qəhrəmanıdı!”x9d Əsərdəki Maqbet müsbət obraz olmasa da, Gülümsər xanımın Maqbeti qürur duyulası adam idi. Bunu onu görən kimi anlamışdı. Maqbetin gözlərindən yaxşı adam baxırdı. Buna görə də Gülümsər xanım həmişə Maqbetə “sən əslində Makdufsan”x9d deyirdi. Maqbet qadının ona verdiyi dəyərdən duyğulanır, geniş dünyada Gülümsəri tapdığına görə xoşbəxt olurdu: "Bu, baş verməyə də bilərdi, mən sənə rast gəlməyə də bilərdim. Uğurlu adamam", - deyirdi. Üzünün gülüşü əskik olmayan xanımı Maqbet üçün sakitləşdirici portret idi. Maqbet  bircə dəfə onun qaşqabaq tökdüyünü görmədi. Gülümsərlə o qədər xoşbəxt idi ki, buna görə ona hər an çox sağ ol deməyi gəlirdi - deyirdi də. Birdən onu bərk-bərk qucaqlayıb dayanmadan sevinirdi.

Müəllimlər üçün keçirilən elmi konfransda tanış olmuşdular. Kişi bütün varlığından zəriflik yağan, işıqlı, teatral Gülümsərə bayıldı. Bəlkə, Maqbet özünə ən uyğun qadını tapıb evlənən çox az kişidən biriydi.  Bircə qızlarını sevə-sevə böyüdürdülər. Qarı elə dəyərli bilirdilər ki, daha bir övlad dünyaya gətirib onun yerini dar etmək istəmirdilər. Hər şey onun üçün olmalıydı. Ailənin bütün qayğısı, diqqəti yalnız ona yönəlməliydi. Daşıdıqları sevgini Qarla başqa bir övlad arasında bölmək istəmirdilər. Belə bir ana-atası vardı Qarın. Dediyim kimi, Qar xaraktercə atasının eynisi sayılardı. Buna görə də atanın nəfəsindəki hər ah Qarın köksündən çıxırdı sanki. Maqbetin sağlamlığında ciddi geriləmə yaranmışdı. İki dəfə ard-arda infarkt keçirdi. Bütün gücünü toplayıb kədərini gözlərinin alt qatında zorla saxlayırdı; üzə çıxmasın, görünməsin. Ancaq görünürdü. Hər halda, Qar və Gülümsər xanım görə bilirdi. Yalnız Qarla uşaq kimi oynayanda dərdini qızının dodaqlarından qopan gülüşün havası dağıdırdı. Ailə axşamlarının birində Maqbet bəy Qarla zarafatlaşdığı yerdəcə yıxılıb hərəkətsiz qaldı. Gülümsər xanım öncə kişinin  yalandan öldüyünü düşündü. Maqbet arada Qarla bu cür  oynayırdı. Nəfəsini dərmədən yerdə uzanırdı. Qar onu qıdıqlayıb, səsi çıxana qədər güldürürdü. Bu dəfə xanımı ərini gülə-gülə xeyli dümsüklədi. Gerçəkdən öldüyünü başa düşəndə ürəyindən dəhşətli ağrı qopdu. Bədənini saxlaya bilmədi. Nəsə demək istədi, səsi xırıldadı, yerə, ərinin yanına çökdü. Hər şey göz qırpımında baş verdi.  Anidən ananın üzündə görünən dəhşət həmişəki dodaqqaçmanı əvəz edib dondu. Qar heç nə anlamırdı. Əvvəl bağırdı. Ata-ana indicə ovcunun içində tutduğu qoşa göyərçin kimi birdən-birə harasa uçub getdi sanki. Tərpənmirdilər. Bunu balaca canında heç hara yerləşdirə bilmədi - nə ağlına, nə ürəyinə.  Necə oldu? Qışqırdı, dayanmadan qışqırdı. Qonşular gəldi, qohumları aradılar, kimlərsə nələrsə dedi, Qarı harasa apardılar, kimsə təsəlli verdi, kimsə su uzatdı, günlərlə davam etdi bu; adamlar axışdı, həşir düşdü və... bitdi.  Qar bütün bu olanlara key-key baxdı.

Bu, atasının başına gələn əhvalatdan sonra Qarın həyatla ikinci böyük görüşüydü.

Ardı var...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin