“İslam dövləti”x9d (İŞİD) terror qruplaşmasının döyüşçüləri İraqın Kərkük vilayətinin 200-dən çox sakinini girov götürüb.
xa0
Publika.az İranın “Fars”x9d agentliyinə istinadən xəbər verir ki, girov götürülənlər İraq təhlükəsizlik gücləri və Peşmərgə ilə əməkdaşlıqda ittiham edilib.
xa0
Girov götürülənlərin hamısı vilayətin cənub-qərbində yerləşən Əz-Zab rayonunun Əl-Halauat kəndinin sakinləridir.
xa0
Qeyd edək ki, bu həftənin əvvəlində Peşmərgə gücləri və İraq ordusu Kərkükdə İŞİD-ə qarşı yeni hücumlara başlayıb. Birləşmiş qüvvələr təxminən 50 kənd üzərində nəzarəti bərpa ediblər.
xa0



































































































