Ermənistanın Sünik vilayətində (Zəngəzur mahalı – red.) TRIPP layihəsi çərçivəsində üç infrastruktur obyektinin – dövlətlərarası avtomobil yolunun, elektrik verilişi xəttinin və dəmir yolunun layihələndirilməsinə başlanılacaq. Bu məqsədlə layihəyə aid ərazilərdə növbədənkənar delimitasiya işləri aparılacaq.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan bildirib.
Onun sözlərinə görə, delimitasiyanın növbəti mərhələsi ilə bağlı hələlik razılaşma yoxdur, lakin yaxın vaxtlarda müzakirələrin aparılacağı və razılığa gəlinərək prosesin davam etdiriləcəyi gözlənilir.
Qriqoryan TRIPP layihəsinin həyata keçirilməsi üçün aidiyyəti ərazilərdə növbədənkənar delimitasiyanın aparılmasının çox real olduğunu qeyd edib.
Vitse-premyer bildirib ki, TRIPP layihəsinin formalaşmasını gözləmədən üç infrastruktur üzrə layihələndirmə işlərinə başlamaq lazımdır: “Bu obyektlərin hamısı Sünik vilayətində inşa edilməlidir”.
Bizim.Media




































































































