Bordyuja Qərbi sərt tənqid etdi: “Rusiyaya qarşı “ikinci cəbhə” açmayacağıq”

Hazırda oxunan: Bordyuja Qərbi sərt tənqid etdi: “Rusiyaya qarşı “ikinci cəbhə” açmayacağıq”

645543

Gürcüstan Qərbin Rusiyaya qarşı “ikinci cəbhə” açmaq təklifini qəbul etməyib, çünki ölkə vətəndaşları başqa dövlətlərin maraqları naminə müharibəyə cəlb olunmaq istəmir.

Bizim.Media xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi Nikolay Bordyuja “RİA Novosti”yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, gürcülər ölkələrinin hansı məqsədlər üçün istifadə edildiklərini anlayıblar və buna görə də münaqişəyə qoşulmaqdan imtina ediblər:

“Ukrayna isə bunu anlamayıb”.
 

Keçmiş baş katib həmçinin Avropa İttifaqının Gürcüstanı öz sıralarına qəbul etmək niyyətinə şübhə ilə yanaşdığını bildirib.


Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze dəfələrlə xarici qüvvələrin və radikal müxalifətin ölkəni Rusiyaya qarşı hərbi münaqişəyə cəlb etməyə, “ikinci cəbhə” açmağa çalışdığını, lakin hakimiyyətin buna imkan vermədiyini bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin