Nazir müavini: “Müəllimlərin böyük çoxluğu geyim tələblərinə riayət edir”

Hazırda oxunan: Nazir müavini: “Müəllimlərin böyük çoxluğu geyim tələblərinə riayət edir”

645529

“Geyimlə bağlı müəyyən edilmiş tələblərə riayət olunması müəllimlərin peşə fəaliyyətinə və əmək intizamına, əmək müqaviləsinə dair öhdəliklərinin bir hissəsidir”.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun “apa.az”a müsahibəsində məlumat verib.
 

“İşə qəbul edilmiş şəxs əmək müqaviləsinin, daxili intizam qaydalarının və ona qanuni qaydada şamil olunan tələblərin icrasına məsuliyyət daşıyır. Üzrlü səbəb olmadan işə çıxmamaq, əmək funksiyalarını yerinə yetirməmək və ya intizam tələblərinin təkrar pozulması qəbulolunmazdır, qanunazidd hərəkət kimi dəyərləndirilir.


Heç kəsə sirr deyil ki, artıq müəllimlərin böyük çoxluğu bu Qaydaların tələblərini gözləyir və tədris fəaliyyətini davam etdirir. Gözləntimiz bundan ibarətdir ki, müəllimlərimiz bu məsuliyyətli məqamda məktəb və şagirdlərinin yanında olacaqlar, vəzifə öhdəliklərini ləyaqətlə yerinə yetirəcəklər”, - deyə nazir müavini əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin