Ermənistan Prezidenti: Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik

Hazırda oxunan: Ermənistan Prezidenti: Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik

634981

“Ermənistanın Avropa İttifaqına üzvlüyə hazırlaşmaq üçün hələ uzun yolu var”.

Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, bunu Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan deyib.

“Qarşımızda hələ uzun yol var. Uzunmüddətli perspektivə köklənməliyik ki, elə bir gün gəlsin, həqiqətən Avropa İttifaqının üzvü olmağa hazır olduğumuzu deyə bilək və məsələnin müzakirəsi mümkün olsun”, - o bildirib.

Xaçaturyanın sözlərinə görə, Ermənistan öz daxilində müvafiq işlər görməlidir:

“Hələ qət edilməli yolumuz var, ölkə daxilində lazımi işləri görməliyik. Çünki bu, təkcə qanunlarda dəyişiklik məsələsi deyil, həm də düşüncə tərzimizdə və bir çox hallarda münasibətimizdə dəyişiklik olmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin