Türkiyədə məktəbə silahlı hücumla bağlı təqsirləndirilən ana yenidən HƏBS EDİLDİ

Hazırda oxunan: Türkiyədə məktəbə silahlı hücumla bağlı təqsirləndirilən ana yenidən HƏBS EDİLDİ

634994

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücumla bağlı məhkəmə işində təqsirləndirilən Peyman Pınar Mersinli barəsində yenidən həbs qərarı verilib.

Bizim.Media xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, Kahramanmaraş 3-cü Ağır Cinayət Məhkəməsi iş üzrə ilk iclasda hücumu törədən şagirdin atası Uğur Mersinlinin həbsdə saxlanılmasını davam etdirib, anası Peyman Pınar Mersinlinin isə azadlığa buraxılmasına qərar verib.

Baş Prokurorluğun etirazını araşdıran Kahramanmaraş 4-cü Ağır Cinayət Məhkəməsi ananın yenidən həbs edilməsinə qərar verib.
 

İttihama əsasən, U. Mersinli 10 nəfərin ehtimal olunan qəsdlə öldürülməsi, 15 nəfərin yaralanması və silah qanunvericiliyini pozmaqda, P. Mersinli isə ehtiyatsızlıq nəticəsində bir neçə şəxsin ölümünə və yaralanmasına səbəb olmaqda ittiham olunur.


Xatırladaq ki, aprelin 15-də Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərdən biri müəllim, digərləri isə şagirdlərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin