Böyük Britaniya İranda gedən müharibəyə görə ÇƏTİN vəziyyətdədir

Hazırda oxunan: Böyük Britaniya İranda gedən müharibəyə görə ÇƏTİN vəziyyətdədir

634985

“ABŞ-nin İranla apardığı müharibənin iqtisadi fəsadları səbəbindən ölkənin payız büdcəsi olduqca çətin ola bilər”.

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Naziri (Xəzinədarlıq Kansleri) Con Hili “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib.

Nazirin sözlərinə görə, Yaxın Şərqdəki münaqişə artıq inflyasiyaya, iqtisadi artıma və dövlət borclanmasının dəyərinə ciddi təzyiq göstərir.

Bu xəbərdarlıq Böyük Britaniyanın borclanma xərclərinin kəskin artmasından sonra səsləndirilib. Həftənin əvvəlində Böyük Britaniyanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 5,2%-i keçərək büdcə üzərindəki təzyiqi daha da artırıb. 

İqtisadçılar hesab edirlər ki, hökumətin büdcə qaydalarına əməl etmək üçün istifadə edə biləcəyi maliyyə ehtiyatı (bufer) artıq əhəmiyyətli dərəcədə azalıb.
 

Con Hili oktyabrın 28-də təqdim edəcəyi ilk büdcədə "qeyri-müəyyənliklərə qarşı ehtiyat fondu" saxlayacağını və Baş nazir Endi Bernem ilə birlikdə mövcud büdcə qaydalarına ciddi əməl edəcəklərini bildirib. Lakin kansler bu rezervin dəqiq məbləğini açıqlamaqdan imtina edib.


O vurğulayıb ki, mövcud vəziyyət dünyanın daha təhlükəli və qeyri-müəyyən bir nizam aldığını göstərir və Böyük Britaniya bu çətinliklərin öhdəsindən digər ölkələrlə birlikdə gəlməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin