Netanyahu: “Mən olduğum müddətcə İrana ağır zərbə vurulacaq”

Hazırda oxunan: Netanyahu: “Mən olduğum müddətcə İrana ağır zərbə vurulacaq”

634984

İsrailin Baş naziri Benyamin Netanyahu İranın İsrailə qarşı yeni hücuma əl atacağı təqdirdə çox ağır cavabla üzləşəcəyini bildirib.

Bizim.Media xəbər verir ki, o, İranın İsrailə hücum edə biləcəyini, lakin belə bir addımın İsrail tərəfindən cavabsız qalmayacağını deyib.

“Onlar bizə hücum edə bilərlər və biz də cavab verəcəyik. İranın hər kəsə atəş açdığını başa düşürsünüzmü? Kimə atəş açmır? Yalnız İsrailə”, – deyə Netanyahu bildirib.

Baş nazir əlavə edib ki, İran rəhbərliyi onun mövqeyini yaxşı anlayır.

“Mən Baş nazir olduğum müddətcə onlara elə bir zərbə vurulacaq ki, təfərrüatları belə təsvir etmək istəmirəm”, – Netanyahu deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin