Krım müstəqil suveren dövlət kimi referendumun keçirilməsindən sonra subyekt kimi RF-nin tərkibinə daxil olmaq barədə təkliflə Rusiya Federasiyasına müraciət edəcək.
Krım Muxtariyyətinin Ali Soveti müstəqillik haqda bəyannamə qəbul edib. Moderator.az-ın məlumatına görə, Radanın 78 deputatı bəyannamənin lehinə səs verib. Qeyd edək ki, Ali Şurada cəmi 100 deputat var.
Məlumata görə, Krım müstəqil suveren dövlət kimi referendumun keçirilməsindən sonra subyekt kimi RF-nin tərkibinə daxil olmaq barədə təkliflə Rusiya Federasiyasına müraciət edəcək.
Qərar qəbul olunduğu andan qüvvəyə minib. Xatırladaq ki, bunadək Krım parlamenti muxtariyyət ərazisində martın 16-da referendumun keçirilməsinə qərar veriblər.





































































































