Prezidentliyə namizədə sui-qəsd oldu

Hazırda oxunan: Prezidentliyə namizədə sui-qəsd oldu

42006

Əfqanıstanda prezidentliyə namizədə sui-qəsd hadisəsi olub.

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə fevralın 19-da Kabul-Cəlalabad yolunda prezidentliyə namizəd Kabula qayıdarkən baş verib. Silahlı dəstə yolda hərəkət edən müxalifətdən olan prezidentliyə namizəd Abdullah Abdullahın maşın karvanını gülləbarana tutublar. Daxili işələr nazirliyinin verdiyi məlumata görə, silahlı basqın zamanı heç kim yaralanmayıb.

Prezidentliyə namizədə hücum məsuliyyətini “Taliban” öz üzərinə götürüb və bildirib ki, bu hücum nəticəsində prezidentliyə namizəd A.Abdullahın 3 mühafizəçisi qətlə yetirilib və bir neçəsi isə yaralanıb.

Bu hadisə seçkiqabağı kampaniya zamanı baş verən ilk hadisə deyil. Belə ki, bundan öncə Herat və Sari-Pul əyalətlərində silahlı basqın nəticəsində prezidentliyə namizəd A.Abdullahın Seçki qərargahının 3 əməkdaşı qətlə yetirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin