Obamanın əmisi ABŞ-dan deportasiya olunmamaq üçün qaçıb

Hazırda oxunan: Obamanın əmisi ABŞ-dan deportasiya olunmamaq üçün qaçıb

37651
ABŞ prezidenti Barak Obamanın əmisi 69 yaşlı Onyanqo Obama ABŞ-dan deportasiya olunmamaq üçün qaçıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmə Keniya sakini olan Onyanqo Obamanın 1992-ci ildə ölkədən deportasiya olunması barədə qərar çıxarmasına baxmayaraq, o ölkəni tərk etməyib. Daha sonra Boston Mühacirət Məhkəməsi Barak Obamanın əmisinin ölkədə qalması üçün sənəd almasının vacibliyi barədə qərar qəbul edib. 

Məhkəmədə bildirilib ki, Onyanqo Obama 50 ildir ölkədə qeyri-qanuni miqrant həyatı sürüb və bütün vergiləri də ödəyib. Hakim qarşında çıxış edərkən Barak Obanın əmisi ailəsi barədə bunları deyib: "Mənim bir qardaşımoğlu var, adı Barak Obamadır. O, ABŞ-ın prezidentidir".

Qeyd edək ki, əmi Obama 1960-cı illərdən ABŞ-da yaşayır. 2011-ci ildə isə Onyanqo Obama Boston şəhərinin yaxınlığında avtomobildə sərxoş vəziyyətdə yaxalanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin