“Gələn il Gürcüstan-Amerika Texnoloji Universiteti yaradılacaq və Mixail Saakaşvilinin iqamətgahına köçürüləcək, Prezident Administrasiyası isə dövlət dəftərxanasının binasında yerləşəcək”.
musavat.com-un Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin yeni seçilmiş prezidenti Georgi Marqvelaşvili bu gün jurnalistlərə açıqlamasında deyib. Marqvelaşvilinin sözlərinə görə, bununla da Saakaşvilinin iqamətgaha xərclədiyi pullar dövlətə qaytarılmış olacaq.
Qeyri-rəsmi məlumatlara görə, Kür çayı üzərində inşa edilmiş Avlabar iqamətgahına 800 milyon dollar vəsait xərclənib




































































































