Ter-Petrosyandan Sərkisyana istefa çağırışı

Hazırda oxunan: Ter-Petrosyandan Sərkisyana istefa çağırışı

36060
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan dövlət başçısı Serj Sərkisyanın istefa verməli olduğunu deyib və bu qənaətini bir neçə amillə əsaslandırıb. “Media forum” saytının məlumatına görə, sabiq prezident deyib ki, avantürist siyasəti səbəbindən Serj Sərkisyan və onun idarə etdiyi ölkə həm Qərbdə, həm də Rusiyada etibarsız tərəfdaş imici qazanıb: “Etibarlı tərəfdaş imicini və dünya birliyində layiqli yerini bərpa etmək üçün Ermənistanın köklü islahatlara ehtiyacı var. Sərkisyanın idarəçiliyinin hər günü Ermənistan və Dağlıq Qarabağ üçün həm demoqrafik, həm iqtisadi, maddi, siyasi, həm də mənəvi-psixoloji baxımdan itkidir. Ağıl nümayiş etdirməyin və istefaya getməyin vaxtı çatıb. Ermənistanın və Dağlıq Qarabağın başqa xilas yolu yoxdur”.

Ter-Petrosyan əlavə edib ki, Sərkisyanın könüllü istefası onun siyasi məhvi anlamına gəlmir: “İstefa Sərkisyana və onun əmlakına tam toxunulmazlıq verilməsi şərtləri ilə baş verməlidir. Onu da qeyd edirəm ki, Sərkisyanın istefa verəcəyi halda prezident seçkisində iştirak etmək niyyətim yoxdur”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin