Rejissor “Bəşəriyyətin böyüyü” adlı yeni film çəkəcək.
A. Fandron bildirib ki, o, bu addımı müsəlman olmazdan əvvəl Peyğəmbəri təhqir etmiş filmə görə əməli üzrxahlıq üçün atır.
Rejissor onu da deyib ki, islamda keçmiş həyatındakı boşluqları dolduracaq mənəvi elementlər tapıb. “Keçmiş həyatıma nəzər saldıqda “küləklərin oynatdığı gəlincik” olduğumu görürəm. Bu il həccə gəldim ki, Allaha yalvarım, Ondan keçmiş günahlarıma görə bağışlanma diləyim, Ona dualar edim”, - deyə Fandron əlavə edib



































































































