İyirmi bir il öncə qaçırılıb satılan övladlarına qovuşublar.xa0
Moderator.az xəbər verir ki, hadisə Türkiyədə baş verib. İyirmi bir il öncə iki yaş yarım olarkən qaçırılan Gürsəl Salam “Yaxınlarını İtirmiş Ailələr Dərnəyi” tərəfindən tapılaraq ailəsinə verilib. Ailə oğullarını çal-çağırla qarşılayıb.xa0
Xatırladaq ki, 1997-ci ildə İzmirdə yaşayan İbrahim Salamın ailəsi qonşu rayona yaxınlarını ziyarət etmək üçün qonaq gediblər. Həmin vaxtı küçədə oynayan azyaşlı Gürsəl Salam yoxa çıxıb. Uşağın tapılması üçün bütün qurumlara müraciət edən ailə hətta televiziya kanallarına da çıxıb. Bu illər ərzində uşağını tapa bilməyən ailə ümidini üzməyib.xa0
İyirmi bir il sonra oğlu atasının telefonuna zəng vuraraq onunla görüşmək istədiyini bildirib. Oğlanlarını qarşılamaq üçün ailə böyük şənlik təşkil edib.
Vasif Əlihüseyn





































































































