İsrail hərbçiləri İordan çayının qərb sahillərindəki “Daxişa” miqrant sığınacağında 13 yaşlı yeniyetməni güllələyib.xa0
Bununla bağlı “Anadolu” agentliyi Beyt-Cala şəhərinin Əl-Hüseyn xəstəxanasındakı mənbəyə istinadla məlumat yayıb.xa0
Yeniyetmə sığınacaqdakı iğtişaşlar zamanı sinəsindən aldığı güllə yarası nəticəsində həlak olub.xa0
Şahidlərin sözlərinə görə, İsrail ordusu səhər saatlarında sığınacaqda reyd keçirib. Bu zaman fələstinlilərlə hərbçilər arasında toqquşma baş verib. (oxu.az)


































































































