Arizona ştatında yaşayan amerikalı siyasətçi sərbəst silah gəzdirməyi müdafiə etmək üçün doğma anasının güllələnməsi arqumentini gətirib.xa0
Bununla bağlı “New York Daily News” məlumat yayıb.xa0
Respublikaçıların Arizona ştatından Senatdakı namizədi Bobbi Uilson hesab edir ki, cinayətkarlardan qorunmaq üçün silaha sahib olmaq vacibdir.xa0
“İnsanları öldürən dəlinin qarşısını almaq üçün yeganə yol silahdan istifadədir”, - o bildirib.xa0
Siyasətçinin sözlərinə görə, 18 yaşı olanda doğma anası onu yuxuda olarkən öldürmək istəyib. Ancaq o vaxtında yuxudan vaxtında ayılıb və anasını güllələyib.xa0
O, “Bobbinin taleyi” adlı kitabında anasının doğma qızını da öldürdüyünü yazıb.xa0


































































































