Moderator.az oxuculara xarabalığı xatırladan bir miskin mənzərənin fotolarını təqdim edir. Külli miqdarda dövlət vəsaiti hesabına ərsəyə gələn bir şox fəvvarələr kimi Nərimanov rayonunda Təbriz küçəsində yerləşən "Bakı" parkındakı bu əsrarəngiz fəvvarə kompleksində də neçə vaxtdır "su gördüm" deyən olmayıb. Nəticədə zir-zibil məkanına çevrilmiş bu fəvvarə ürəkbulandıran səhnələrə şahidlik edir...
Qeyd edək ki, həmin parkda antisanitariya baş alıb gedir və parkın ərazisində onlarla yöndəmsiz çayxana fəaliyyət göstərir. Nəticədə kiçik yaşlı uşaqlarla parka dincəlməyə gələn ətraf ərazilərin sakinləri başlarını tutub qaçmağa məcbur olurlar.
Biz yazdıq, inanmayanlar gedib öz gözləri ilə görüb qulaqları ilə eşidə bilərlər...
![Hacıbala Abutalıbov oxumasa da olar...- <i style=]()
FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/1529.jpg">
![Hacıbala Abutalıbov oxumasa da olar...- <i style=]()
FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/1530.jpg">
![Hacıbala Abutalıbov oxumasa da olar...- <i style=]()
FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/1531.jpg">
![Hacıbala Abutalıbov oxumasa da olar...- <i style=]()
FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/1532.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.