Moderator.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti “Gül bayramı” ilə bağlı hazırlıqlara start verib. Artıq bununla bağlı Heydər Əliyev sarayı qarşısında dekorasiyaların quraşdırılmasına başladılıb. Bu məqsədlə əraziyə əlaqədar qurumların xeyli sayda əməkdaşı cəlb olunub. Hazırlıq işlərinin may ayının əvvəllərinə doğru daha da sürətlənəcəyi gözlənilir.
Məlumat üçün qeyd edək ki, bu il mayın 10-da mərhum prezident Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə “Gül bayramı” keçiriləcək.






































































































