Bakı-Sumqayıt yolundakı tranpilinlərin yoxa çıxma sirri bəlli oldu

Hazırda oxunan: Bakı-Sumqayıt yolundakı tranpilinlərin yoxa çıxma sirri bəlli oldu

44935

Bugünlərdə Bakı-Binəqədi-Sumqayıt yolundakı bütün tranplinlərin aradan qaldırıması müşahidə edilir. Moderator.az-a daxil olan məlumata görə, tranpilinlərin yığışdırılmasına səbəb yaxın günlərdə keçirilməsi nəzərdə tutulan beynəlxalq velisoped yarışlarıdır. Yarışlar başa çatandan sonra yenidən magistral yollarda bəlli məsafədən bir tranpilinlərin düzəldilməsi planlaşdırlır.

Bundan başqa, yarışlarla əlaqədar yol boyu ciddi təmir-abadlıq işləri aparılır ki, məqsəd ətraf ərazilərin normal görünüşünü təmin etməkdən ibarətdir.

Vətəndaşlar isə hesab edir ki, bu cür yarışların mütəmadi surətdə təşkili təqdirəlayiq olardı. Ən azından ona görə ki, bu yarışlar onlara qısa müddət ərzində olsa da tranpilinsiz yollarda rahat şəkildə hərəkət etmək və illər uzunudur ki, təmir üzünə həsrət qalan küçələrin abadlığını təmin etmək imkanı yaradır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin