Suriyada müxaliflərin Əsəd ordusuna qarşı keçirdiyi əməliyyat nəticəsində prezident Bəşər Əsədin əmisi oğlu Hilal Əsəd öldürüldü.
Avropa.info xəbər verir ki, Hilal Əsədin ölümü Suriya rəsmiləri tərəfindən də təsdiqlənib. Bu gün davam edən əməliyyatlarda isə Türkiyə üçün önəmli olan daha bir ismin öldüyü xəbəri yayıldı. Suriyada Əli Qayalı ləqəbi ilə tanınan Mirhac Ural mücahidlər tərəfindən öldürülüb. Mirhac Ural Reyhanlıda Türkiyəyə qarşı törədilən terror aktının əsas simalarından biri idi. Türkiyədə onun CHP-ni müdafiə etdiyi və bu partiyanın təmsilçilərini Suriya diktatoru Bəşər Əsədlə görüşdürdüyü bildirilirdi. Mirhac Ural Gəzi olayları zamanı da bir video çəkdirərək, Rəcəb Tayyib Ərdoğanı diktator adlandırmışdı. O 3 gün öncə son çəkdirdiyi video görüntülərdə Ərdoğanı yenidən təhqir edərək onu "harami" adlandırmışdı.Videonun sonlarına doğru isə Ural üzərinə Lə-İləhə-İllallah (Alllahdan başqa haqq ilah yoxdur) yazılmış Tövhid bayrağını ayaqları altına ataraq tapdalayır.
Ural eyni zamanda Banyas qətliyamında 850 insan öldürən orduya komandirlik etmişdi.
Moderator.az Mirhac Uralın video görüntülərini və CHP-li deputatlarla Bəşər Əsədin görüş fotosunu təqdim edir.




































































































