ABU-nun sabiq rektoru Elşad Abdullayev ətrafında yaranan qalmaqal minlərlə tələbənin diplom işi məsələsini də sual altında qoyub. Hələ də oxuduqları universitetin diplomunu ala bilməyən tələbələrin öz haqları uğrunda apardığı mübartizə səmərə vermiş deyil.
Özəl mənbədən Moderator.az-a daxil olan məlumata görə, E.Abdullayevin minlərlə qurbanının taleyini Baş Prokurorluğun araşdırması həll edəcək: “Artıq ABU tələbələrinin taleyi məsələsi Təhsil Nazirliyində deyil, Baş Prokurorluqda həll ediləcək. Belə ki, sabiq rektor ətrafında yaranan qalmaqaldan sonra ABU tələbələrinin diplom məsələsinin həlli müvəqəti olaraq Təhsil Nazirliyinin sərəncamından alınıb. ABU tələbələrinə diplomların verilib-verilməyəcəyi, yaxud hansı şərtlərlə veriləcəyi Baş Prokurorluğun araşdırmasından sonra bəlli olacaq”.
Mənbənin sözlərinə görə, Təhsil Nazirliyi mövcud yeniliklə bağlı diplomları ilə maraqlanan ABU tələbələri və onların yaxınlarını məlumatlandırmaqdadır. Nazirlik ABU tələbələrindən Baş Prokurorluğun araşdırmasının nəticəsini gözləməyi xahiş edir.



































































































