Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sumqayıtda “katej” kimi tanınan ərazidə inşa edilən qanunsuz evlərin sökülməsinə start verib. Özəl mənbədən Moderator.az-a daxil olan məlumata görə, hazırda icra başçısının göstərişi ilə qanunsuz evlərin müəyyənlşdirilməsi istiqamətində iş aparılır: “Son illər şəhərin “katej” ərazisində yüzlərlə ev inşa edilib ki, onların da çoxu sənədsizdir. Məhz bu amildən istifadə edən icra başçısı “katej” ərazisində “təmizləmə əməliyyatı”nın anonsunu verməklə şəhər sakinlərini həyəcana gətirib. Vətəndaşlar hesab edir ki, icra başçısının məlum planının icrası yüzlərlə ailəni soyuq qış günündə çöldə qoya bilər. Bundan başqa, vətəndaşların fikrincə, yüzlərlə evin inşasına göz yummaq və tikinti prosesi yekunlaşandan sonra onların sökülməsi məsələsini gündəmə gətirmək insanların ailə büdcəsinə məqsədli şəkildə zərbə vurmaqdır. Məlum planın praktiki baxımdan icrasına start veriləcəyi təqdirdə vətəndaşların kütləvi şəkildə öz əmlaklarının müdafiəsinə qalxacağı gözlənilir”.





































































































