Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sumqayıtdan Corat istiqamətinə gedən yolda inşa edilən bütün qanunsuz tikililəri sökdürüb. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, icra başçısının bu addımı tikili sahiblərinin ciddi narazılığına səbəb olub: “Yol kənarında inşa edilən tikililər qanunsuz obyekt adı ilə sökülsə də, tikili sahibləri bu iddianı qəbul etmir. Onların bildirdiyinə görə, bu tikililər əlaqədar qurumların, o cümlədən Sumqayıt Şəhər İcra Hakimiyyətinin razılığı əsasında inşa edilib. Tikililərin sənədləşdirilməsi də məhz bu qurumlar tərəfindən məqsədli şəkildə təxirə salınıb. Vətəndaşlar iddia edir ki, əgər icra hakimiyyəti bu tikililəri qanunsuz elan edirsə, o zaman məntiqlə bu qanunsuzluğa aylar uzunu göz yuman şəxslər məsuliyyətə cəlb edilməli, cəzalandırılmalıdır. Vətəndaşlar onlara dəyən zərərin ödənilməyəcəyi təqdirdə bu tələblə yuxarı insatnsiyalar qarşısında iddia qaldıracaqlarını qeyd edib”.
- A-
- A
- A+
Cəmiyyət
17:58 / 09.12.2013
Eldar Əzizov qanunsuz tikililəri “şumladı”
Hazırda oxunan: Eldar Əzizov qanunsuz tikililəri “şumladı”
Hazırda oxunan: Eldar Əzizov qanunsuz tikililəri “şumladı”
37983
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































