Tahir Süleymanov:"Əvvəllər Quranın Kürdcə çapına qadağa qoyulmuşdu"

Hazırda oxunan: Tahir Süleymanov:"Əvvəllər Quranın Kürdcə çapına qadağa qoyulmuşdu"

35621

Səudiyyə Ərəbistanının kralının təşəbbüsü ilə "Qurani-Kərim"in kürd dilinə çap olunaraq İraq kürdləri arasında paylanmasının ardından Türkiyə də anoloji addım atmağa hazırlaşır. Türkiyədə qəbul olunan “Demokratikləşmə Paketi”nə əsasən bu ölkədə yaşayan kürdlər üçün müsəlmanların müqəddəs kitabı olan "Qurani -Kərim" kürd dilinə tərcümə olunaraq kürdlər arasında pulsuz paylanılacaq.  Maraqlıdır, bu günə kimi milyonlarla Kürd müəsalmanlarının yaşadığı Türkiyədə "Qurani- Kərim"i Kürd dilinə tərcümə edən olubmu?

Azərbaycanda nəşr olunan “Diplomat” qəzetinin kürd əsilli baş redaktoru Tahir Süleymanovun Moderator.az-a bildirdiyinə görə, bu günə qədər dəTürkiyədə "Qurani -Kərim"i kürdcəyə tərcümə edənlər olub.

“Quranın Türkiyədə kürdcə tərcüməsi var idi. Sadəcə olaraq əvvəllər kitabın nəşrinə qadağa qoyulduğu üçün kürdcə Quran Türkiyədə yayılmamışdı. indi isə Türkiyədə yeni qəbul olunan “Demokratikləşmə Paketi”ndən sonra artıq Quranın kürdcə tərcüməsi də çap olunaraq yayılacaq. Quranın Kürd dilinə tərcümə edilərək yayılması müsbət qarşılanmalıdır”. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin