Sərdar Cəlaloğlu Konstitusiya Məhkəməsini tənqid etdi

Hazırda oxunan: Sərdar Cəlaloğlu Konstitusiya Məhkəməsini tənqid etdi

35517

 ADP sədri, prezidentliyə sabiq namizəd Sərdar Cəlaloğlu Konstitusiya Məhkəməsini tənqid edib. Bununla bağlı Moderator.az saytına açıqlama verən ADP sədri iddiasını aşağıdakı arqumentlərlə əsaslandırıb: “Konstitusiya Məhkməsinin MSK qərarlarını araşdırması cəmi 2-3 saat çəkib. Minlərlə məntəqənin qərarı guya bu müddət ərzində araşdırılıb. Hansı ki, ATƏT-in bəyanatında göstərilirdi ki, məntəqələrin çoxunda seçki Kopenhagen kriteriyalarına cavab verməyib. Konstitusiya Məhkəməsi bunca ziddiyyətləri 2-3 saata necə araşdırdı? Bu, praktiki baxımdan mümkünsüzdür. Cəmil bəyə danışmağa imkan verilməməsi də göstərir ki, Konstitusiya Məhkəməsinin araşdırması formaldır. Çünki Cəmil bəy prezidentliyə namizəddir və ola bilsin ki, onun elə bir fikri, elə bir məlumatı var ki, bu Konstitusiya Məhkəməsinin qərarına təsir göstər bilərdi”.

 

Seymur Əliyev  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin